Dünya Güləş Birliyi Mariya Stadniki mükafatlandırıb
Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb.

50 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnikə 3 min ABŞ dolları verilib. İkiqat dünya və 8 qat Avropa çempionu, “Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində üçüncü pillədə qərarlaşıb və pul mükafatına layiq görülüb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) 3 min, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 min dollar mükafat əldə ediblər.

Xəbər 319 dəfə oxundu.