Şahmatçımız Şəhriyar Məmmədyarov Qran-Pri seriyası turnirində mübarizə aparacaq
Gələn il fevralın 3-də şahmat üzrə Qran-Pri seriyasının birinci mərhələsi start götürəcək.

Dünyanın güclü şahmatçılarının iştirak edəcəyi yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Seriyanın birinci və üçüncü mərhələlərinə Berlin ev sahibliyi edəcək. Belə ki, fevralın 3-dən 17-dək birinci, martın 21-dən aprelin 4-dək üçüncü mərhələlər təşkil ediləcək. Turnirin ikinci mərhələsi isə Belqradda fevralın 28-dən martın 14-dək keçiriləcək.

Turnirdə 24 şahmatçı iştirak edəcək. İştirakçıların hər biri seriyanın yalnız iki mərhələsinə qatıla bilər.
Turnirin yekunlarına görə, iki şahmatçı 2022-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edəcək.


Xəbər 306 dəfə oxundu.