Ukrayna yığmasının Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Futzal üzrə Ukrayna yığmasının Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Aleksandr Kosenko 16 futzalçıya dəvət göndərib. Onlardan 3-ü qapıçı, digərləri isə sahə oyunçularıdır.

Heyətdə qapıçılar - Kirill Tsıpun, Yuri Savenko, Aleksandr Suxov, sahə oyunçuları - Sergey Malışko, Pyotr Şoturma, Mixail Zvarıç, Nikolay Belotserkovets, İqor Korsun, Vladimir Razuvanov, Aleksandr Pedyaş, Sergey Jurba, Yaroslav Lebed, Yevgeni Serıy, Daniil Abakşin, Artyom Farenyuk və Vitali Radyeviç yer alıblar.

Qeyd edək ki, qarşılaşmalar dekabrın 18-19-da keçiriləcək.

Xəbər 308 dəfə oxundu.