Bu gün şahmat üzrə məktəblilərin Avropa çempionatına start verilir
Bu gün şahmat üzrə onlayn formatda məktəblilərin növbəti Avropa çempionatı start götürür.

Azərbaycanı yarışda 25 şahmatçı təmsil edir. Oğlan və qızlar arasında 10, 11, 13, 15 və 17 yaş qruplarında keçirilən turnir iki mərhələdən ibarət olacaq. Belə ki, ilkin seçmə mərhələ dekabrın 3-dən 5-dək, final mərhələ isə dekabrın 10-dan 12-dək keçiriləcək.

Avropa çempionatına 18 ölkədən 300-dən çox şahmatçı qatılacaq.

Xəbər 304 dəfə oxundu.