Sabah kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürəcək
Sabah – dekabrın 4-də Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürəcək.

Yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edəcəklər.

Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparacaq. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.

Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.

Turnir iki gün davam edəcək.

Xəbər 381 dəfə oxundu.