“Atletiko Mineyro” klubu tarixində ikinci dəfə Braziliya çempionu olub
Futbol üzrə Braziliya çempionatının qalibi müəyyənləşib.

Çempionatın 32-ci turunda “Baiya” klubunu 3:2 hesabı ilə məğlub edən “Atletiko Mineyro" vaxtından əvvəl qızıl medalları təmin edib. Bu nəticədən sonra xallarını 81-ə çatdıran komanda ikinci pillədəki “Flamenqo” üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Atletiko Mineyro”nun tarixində ikinci çempionluğudur. Komanda ilk dəfə 1971-ci ildə çempionluq sevinci yaşayıb.

Xəbər 286 dəfə oxundu.