Azərbaycan millisi yoldaşlıq oyununda heç-heçə edib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Millimizin heyətində Elgün Arazlı fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun da heç-heçə nəticələnmişdi - 1:1.

Xəbər 291 dəfə oxundu.