Şose velosipedi üzrə yığma komandamıza yeni baş məşqçi təyin edilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVIF) prezidenti Mədət Quliyevin əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

Bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.

Bunadək “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan A.Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Göstərilən yüksək etimada görə, federasiya rəhbərliyinə təşəkkürünü bildirən A.Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.

Xəbər 343 dəfə oxundu.