Türkiyəli azarkeşlər Emrelinin "Qalatasaray"ın futbolçusu ilə müqayisəsinə etiraz edib
UEFA Avropa Liqasının rəsmi tviter səhifəsinin Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli ilə "Qalatasaray"ın oyunçusu Kerem Aktürkoğlunun fotosunu paylaşması etirazlara səbəb olub.

Türkiyəli azarkeşlər Avropa futbol qurumunun sorğusunu birmənalı qarşılamayıb.

Onlar Türkiyə millisinin yarımmüdafiəçisinin Emrelidən qat-qat güclü olduğunu bildiriblər və bu müqayisənin səhv olduğunu yazıblar. Rəy yazanlar arasında azərbaycanlı hücumçuya dəstək olan xarici fanatlar da yer alıb. Bəzi türkiyəli tərafdarlar isə hər iki oyunçunu bəyəndiklərini vurğulayıblar.

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.

Xəbər 376 dəfə oxundu.