"Liverpul" yeni rekorda imza atıb
İngiltərənin "Liverpul" klubu yeni rekorda imza atıb.

Mersisayd təmsilçisi buna "Everton"u səfərdə 4:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XIV tur oyununda nail olub.

"Qırmızılar" ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda adına sahib çıxıb. Əvvəlki rekord 1927-ci ildə 17 qarşılaşmada ən azı iki dəfə fərqlənməyi bacaran "Sanderlend"ə məxsus idi.

"Liverpul"un seriyası sentyabrın 12-də "Lids"i 3:0 hesabı ilə məğlub etdikləri matçla başlayıb. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv o vaxtdan rəqib qapılarından 57 top keçirib.

Xəbər 391 dəfə oxundu.