Azərbaycan şahmatçıları Barselonada keçirilən açıq turnirə qələbə ilə başlayıblar
Barselonada keçirilən açıq turnirdə Azərbaycanın güclü şahmatçılarından olan Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı mübarizəyə başlayıblar.

Hər üç şahmatçımız turnirin birinci turunda qələbə qazanıblar. Bu gün keçiriləcək ikinci turda Eltac Səfərov islandiyalı Gudmundur Kjartansson, Aydın Süleymanlı ispaniyalı Daniel Ramos Garcia, Məhəmməd Muradlı isə niderlandlı Lars Ootes ilə üz-üzə gələcəklər.

İsveçrə sistemi üzrə keçirilən turnir dekabrın 12-dək davam edəcək.

Xəbər 530 dəfə oxundu.