Venesuela yığması 72 yaşlı baş məşqçiyə həvalə olunub
Futbol üzrə Venesuela millisinin yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifə Xose Nestor Pekermana tapşırılıb.

Bu barədə Venesuela Futbol Federasiyası məlumat yayıb. Yetmiş iki yaşlı mütəxəssislə beşillik müqavilə imzalanıb.

İsrail vətəndaşlığına da malik olan argentinalı baş məşqçinin yığmanın sükanı arxasında debütü 2022-ci il yanvarın 27-nə təsadüf edəcək. Həmin vaxtda Venesuela millisi “DÇ-2022”nin seçmə mərhələsi çərçivəsində Boliviya yığması ilə qarşılaşacaq. Venesuela yığması DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 14 oyuna cəmi 7 xal toplayıb və 10 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Pekermanın son iş yeri Kolumbiya yığması olub. O, 2018-ci ildən işsiz idi.

Venesuela yığmasının sonuncu baş məşqçisi Joze Pezeyro olub.

Xəbər 537 dəfə oxundu.