Fransa klubunun baş məşqçisində koronavirus aşkarlanıb
Fransanın “Reyms” klubunun baş məşqçisi Oskar Qarsiyada koronavirus aşkarlanıb.

İspaniyalı mütəxəssislə yanaşı, köməkçisi Ruben Martines də infeksiyaya yoluxub.

Hər iki mütəxəssis karantinə alınıb. Bildirilib ki, onların həyatı üçün hər hansı təhlükə yoxdur. Komandanın digər üzvlərindən götürülmüş analiz nümunələri isə mənfi çıxıb.

Qeyd edək ki, "Reyms" klubu hazırda 16 xalla Liqa 1-in turnir cədvəlinin 14-cü pilləsində yer alıb.

Xəbər 741 dəfə oxundu.