Badmintonçumuzun dünya çempionatında ilk rəqibi müəyyənləşib
Badmintonçumuz Edi Reski Dviçayonun İspaniyada keçiriləcək dünya çempionatında kişilərin şəxsi yarışında rəqibi müəyyənləşib.

Edi Reski Dviçayo 1/32 final mərhələsində Türkiyə badmintonçusu Emre Lale ilə qarşılaşacaq.

Dünya çempionatı dekabrın 12-dən 19-dək Huelva şəhərində keçiriləcək.

Azərbaycan ölkə badmintonu tarixində ilk dəfə dünya çempionatında təmsil olunacaq.

Xəbər 767 dəfə oxundu.