Azərbaycan şahmatçısı Xəzər Babazadə onlayn “Titled Tuesday Blitz” turnirində üçüncü yeri tutub
Azərbaycan şahmatçısı Xəzər Babazadə onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.

Təmsilçimiz 11 turdan 9,5 xal toplayıb və əlavə göstəricilərə görə üçüncü yeri tutub. Onunla eyni xala malik rusiyalı Valeri Sviridov turnirin qalibi olub. Digər təmsilçilərimiz Vüqar Rəsulov və Vüqar Manafov 8,5, Vasif Durarbəyli isə 8 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 500-dən çox şahmatçı iştirak edib.

Xəbər 690 dəfə oxundu.