AFFA-da Rusiya Futbol İttifaqının nümayəndəsi ilə görüş olub
AFFA-nın inzibati binasında “Danışılmış oyunlarla bağlı təcrübə mübadiləsi” çərçivəsində Rusiya Futbol İttifaqının Danışılmış oyunlar üzrə nümayəndəsi Oleq Altuxov ilə görüş olub.

Görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.

Xəbər 503 dəfə oxundu.