Stolüstü tennisçimiz Sankt-Peterburqda XXI beynəlxalq uşaq turnirində mübarizəyə başlayır
Bu gün Sankt-Peterburqda N.Q Nikitinin xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə XXI beynəlxalq uşaq turniri start götürür.

Azərbaycanı yarışda Onur Quluzadə təmsil edir.

Stolüstü tennisçimiz 2009-2013-cü il təvəllüdlü idmançılar arasında mübarizə aparacaq. O, turnirdə yığma komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında yarışır.

Beynəlxalq turnir dekabrın 5-dək davam edəcək.

Xəbər 912 dəfə oxundu.