IFFHS: Tomas Tuxel 2021-ci ilin ən yaxşı klub baş məşqçisi seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı klub baş məşqçisini açıqlayıb.

Bu ada İngiltərənin “Çelsi” komandasını çalışdıran Tomas Tuxel layiq görülüb.

Qırx səkkiz yaşlı almaniyalı mütəxəssis 230 xalla bütün rəqiblərini qabaqlayıb.

İngiltərənin digər klubu “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola ikinci olub. Daha əvvəl “Bayern” çalışdıran, bir müddət əvvəl Almaniya yığmasının sükanı arxasına keçən Hansi Flik isə üçüncü yerə layiq görülüb.

Xəbər 511 dəfə oxundu.