Azərbaycanlı hakim-inspektor UEFA Konfrans Liqası oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək LASK (Avstriya) – HJK (Finlandiya) oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 9-da baş tutacaq.

Xəbər 603 dəfə oxundu.