Azərbaycanın U-16 komandası yoldaşlıq oyununda heç-heçə edib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, BƏƏ-nin U-16 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində Elton Mikayılov fərqlənib.

Komandalar arasında növbəti oyun dekabrın 2-də keçiriləcək.

Xəbər 603 dəfə oxundu.