Azərbaycan triatlonçusu Rostislav Pevtsov reytinq cədvəlində 35-ci pillədə yer alıb
Avropa Triatlon Şurası kişi idmançıların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1501,08 xalla 35-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə Fransa təmsilçisi Leo Bergen rəhbərlik edir. Belçikalı Marten Van Ril və Norveç təmsilçisi Kristian Blyummenfeld ilk üçlüyü tamamlayıblar.


Xəbər 551 dəfə oxundu.