Mərakeşli atlet dopinqə görə 6 illik diskvalifikasiya olunub
Dopinqlə Mübarizə üzrə Müstəqil Təşkilat (AİU) mərakeşli atlet Həlimə Həçlaf 6 il müddətinə yarışlardan kənarlaşdırıb.

Buna idmançının dopinq testinin müsbət çıxması səbəb olub. Ölkəsindəki yarışdan öncə analiz verən atletin orqanizmində qlükokortikoidlər sinfinə aid steroid hormonları aşkarlanıb.

O, sözügedən maddənin qəbul etdiyi dərman preperatlarının tərkibində qanına daxil olduğunu iddia edib.

Qeyd edək kİ, bu, Həlimə Həçlaf ilə bağlı ikinci dopinq qalmaqalıdır. O, daha əvvəl 2013-cü ilin dekabrında analoji səbəbə görə 4 illik cəza almışdı. 33 yaşlı idmançı 2009-cu ildə Aralıq Dənizi Oyunlarında 800 m məsafəyə qaçışda gümüş medal qazanıb.

Xəbər 585 dəfə oxundu.