"Sabah" klubunun qış hazırlıq planı bəlli olub
"Sabah" futbol komandasının qış təlim-məşq toplanışı üçün planı bəlli olub.

Kollektiv hazırlıqlara yanvarın 6-da Bakıda başlayacaq.

12 - 26 yanvarda isə Türkiyənin Antalya şəhərində hazırlıq prosesi planlaşdırılır. Murad Musayevin baş məşqçi olduğu kollektiv burada 3 yoxlama oyunu keçirəcək.

Rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" və "Neftçi"nin də toplanış üçün Antalyaya üz tutacağı bəll olub.

"Report"

Xəbər 623 dəfə oxundu.