Azərbaycanlı futbol hakimləri İstanbulda seminarda iştirak edirlər
AFFA və Türkiyə Futbol Federasiya (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbulda VAR protokolu ilə bağlı növbəti seminar keçirilir.

TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan və dekabrın 2-dək davam edəcək seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan 28 baş hakim və hakim köməkçisi, həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edir.

Xəbər 717 dəfə oxundu.