“Lütsern-2021” Qış Universiadası ləğv edilib
Dekabrın 11-dən 21-dək İsveçrənin Lütsern şəhərində keçirilməsi planlaşdırılan Qış Universiadası ləğv edilib.

Buna koronavirusun yeni ştamı “Omikron”un ortaya çıxması səbəb olub.

Qeyd edək ki, növbəti Qış Universiadası 2023-cü ildə ABŞ-ın Leyk-Pleside şəhərində təşkil olunacaq. Həmin il, həmçinin Yekaterinburqda Yay Universiadası keçiriləcək.

Xəbər 302 dəfə oxundu.