AMADA fəaliyyəti dövründə antidopinq qayda pozuntularının sayını açıqlayıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017 - 2021-ci illər üzrə aşkarlanmış antidopinq qayda pozuntularının statistikasını açıqlayıb.

Qurumun 5 illik fəaliyyəti dövründə bu cür halların sayı kəskin azalıb.

2013 - 2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanıbsa, AMADA-nın fəaliyyətə başlamasından sonra bu rəqəm 2 dəfə azalaraq 20-yə bərabər olub.

Təkcə 2013-cü ildə beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) son 5 ildəkindən (21 ədəd) çoxdur.

AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.

Xəbər 293 dəfə oxundu.