IFFHS: Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qapıçısı seçilib
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi seçilib.

İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

İyirmi iki yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və “Bayern”in qolkiperi Manuel Noyer 75 xalla ikinci, İngiltərənin "Çelsi" komandasının seneqallı qapıçısı Eduard Mendi isə 40 xalla üçüncü olub.

IFFHS daha əvvəl “Bayern”in hücumçusu Robert Levandovskini ilin futbolçusu elan edib.

Xəbər 344 dəfə oxundu.