Futbol üzrə klublararası dünya çempionatının keçiriləcəyi tarix müəyyənləşib
2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının keçiriləcəyi tarix müəyyənləşib.

Turnir fevralın 3-dən 12-dək Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək.

Dünya çempionatında 7 komanda mübarizə aparacaq. Bunlar Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandalarıdır.

Hazırkı klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.

Xəbər 350 dəfə oxundu.