Azərbaycanın üzgüçülük yığmalarının baş məşqçiləri təsdiqlənib
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbirdə qurumun baş katibi, icraçı direktoru və mətbuat katibinin, o cümlədən üzgüçülük və su polosu üzrə milli komandalarının baş məşqçilərinin seçki yolu ilə təyin olunmaları, həmçinin qarşıda duran cari məsələr müzakirə olunub.

Federasiyanın prezidenti Xanlar Fətiyev baş katib vəzifəsinə Fərid Bənənyarlının namizədliyini irəli sürüb və təklifi İcrayyə Komitəsinin üzvləri dəstəkləyib.

Komitə üzvləri federasiyanın texniki direktoru Kamran Hüseynovun, mətbuat katibi Məqsəd Rəhimovun, milli komandanın baş məşqçi Rəşad Əbdürrəhmanovun, su polosu üzrə komandanın baş məşqçisi Azər Babayevin namizədliyini də təqsiqləyiblər.

Toplantının ikinci hissəsində komitə üzvləri federasiyanın fəaliyyətinin daha səmərəli artırılması üçün tədbirlər planını müzakirə edib. Qərara alınıb ki, İcraiyyə Komitəsi görülən işlərin müzakirəsi və gələcək perspektivləri müəyyən etmək məqsədilə rübdə bir dəfə geniş tərkibdə görüşlər keçirsin.

Sonda yaxın vaxtlarda keçiriləcək yarışlar, komandaların hazırlıq prosesləri və digər texniki məsələlər müzakirə olunub.

Xəbər 453 dəfə oxundu.