AFFA-nın nümayəndəsi UEFA tərəfindən növbəti təyinat alıb
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.

Xəbər 460 dəfə oxundu.