“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 1 pillə irəliləyib
Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Siyahıda qitənin 435 komandası yer alıb. Cədvəldə Azərbaycanın üç təmsilçisi yer alıb. Yalnız “Qarabağ” klubu Top-100”də qərarlaşıb.

Baş məşqçi Qurban Qurbanovun yetirmələri Avropada 84-cüdür. Ağdam klubunun hesabında 204 xal var.

Təmsilçimiz ötən siyahı ilə müqayisədə daha bir pillə irəliləyib. “Qarabağ” Təl-Əviv “Makkabi”sini arxada qoyub.

Otuz xalla “Neftçi” 246-cı, 20 xalı olan “Qəbələ” isə 288-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya 2123 xalla “Real Madrid” başçılıq edir.

Xəbər 423 dəfə oxundu.