“Son 7 oyundan ən zəifini oynadıq”
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın III turunda “İnter”lə səfər oyunu haqda fikirlərini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, cənub təmsilçisinin çalışdırıcısı qolsuz bərabərliklə başa çatan görüşdən sonra bildirib ki, komandası zəif oynayıb:

“Çətin oyun olacağını bilirdik. İlk 20 dəqiqə zəif oynasaq da, yekunda xal qazandıq. Süni örtüklü meydançaya alışmamışıq. Bəzi oyunçular meydanda özünü itirmişdi. Oyunun sonunda qol vura da bilərdik, buraxa da bilərdik. Oyundan sonra Sadio Tounkaranı mülki geyimli şəxs təhqir etdi. Bu təsiredici haldır. 4 futbolçunun yolunu gözləyirik. Son 7 oyundan ən zəifini oynadıq”.

Xəbər 876 dəfə oxundu.