Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının növbəti mükafatçıları bəlli olub
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında tamblinq üzrə qaliblər müəyyənləşib.

Turnirdə 11-12 yaş kateqoriyasında final mərhələsində uğurla çıxış edən Rusiya idmançıları Varvara Doroxova (30,200 xal) və Liya Valieva (29,800 xal) ilk iki pillədə yer alıblar. Belçika təmsilçisi Esmi Van Den Stin 29,400 xalla bürünc medal qazanıb.

Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 344 dəfə oxundu.