“Əsas olan üç xalı qazandıq”
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 3-cü turunun “Sumqayıt” ilə oyununu şərh edib. İdman.com.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 6:1 hesabıyla başa çatan görüşdən sonra bunları deyib:

“Bu gün əsas olan üç xalı qazanmaq idi ki, onu da bacardıq. İlk iki turda rəqibin dörd xal qazandığını bilirdik. Bundan başqa, keçən mövsüm onlarla oyunlarda beş xal itirmişdik. Bu komanda öz oyunu ilə mənim diqqətimi cəlb edir. Yaxşı top saxlayır. Bu gün baxımlı oyun oldu. Heyf ki, hər iki komanda oyunu azlıqda başa vurdu”.

Xəbər 1658 dəfə oxundu.