AFC ASED-in idmançısı Rusiyada növbəti döyüşünü keçirəcək
"ASED Fighting Championsip" (AFC ASED) döyüş təşkilatının nəzdində fəaliyyət göstərən "Şəhid Rafət Qulamov" klubunun təmsilçisi İlqar Qafarov növbəti görüşünü keçirəcək.

MMA döyüşçümüz Rusiyanın Omsk şəhərində "Bellator" çempionu Aleksandr Şlemenenkonun liqası olan "Shlemenenko FC"də qüvvəsini sınayacaq.

Noyabrın 27-də təşkil olunacaq döyüşdə təmsilçimizin rəqibi çeçenistanlı idmançı Eldar Ozoyev olacaq.

Xəbər 326 dəfə oxundu.