Həndbol üzrə təcrübəli hakim-inspektor İsgəndər Əsgərov daha bir beynəlxalq oyuna təyinat alıb
Həndbol üzrə təcrübəli hakim-inspektor İsgəndər Əsgərov növbəti beynəlxalq oyuna təyinat alıb.

O, kişi həndbolçuların EHF Avropa kubokunun üçüncü mərhələsi çərçivəsində keçiriləcək “HC Viktor” – “Byanko Monte Drama” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Rusiya və Yunanıstan təmsilçilərinin görüşü dekabrın 4-də Stavropolda təşkil ediləcək.

Xəbər 351 dəfə oxundu.