Tamblinq yarışlarında qadınların mübarizəsində finalçıları bəlli olub
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 17-21 yaş qrupunda qadınlar arasında tamblinq yarışlarının finalçıları müəyyənləşib.

Təsnifat mərhələsində uğurla çıxış edən yunanıstanlı Aleksandra Efraimoğlu, ABŞ idmançısı Eşli MakDonald, Fransa təmsilçiləri Manon Morancais, Maelie Abadie, britaniyalı Demi Adams, Mia Bevan, Belçika gimnastı Evi Milh və rusiyalı Sofiya Boqdanova həlledici mərhələyə adlayıblar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 573 dəfə oxundu.