Batut gimnastikası yarışlarında qızların mübarizəsində finalçılar müəyyənləşib
Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.

Turnirdə 15-16 yaş kateqoriyasında batut gimnastikası yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub.

Medallar uğrunda rusiyalı Anjela Bladtçeva, Nataliya Bloxina, Yaponiya təmsilçiləri Kokone Harima, Kiko Tanaka, Misaki İşida, gürcüstanlı Maryam Raqimovi, belaruslu Mariya Siarheyeva və Türkiyə idmançısı Elif Çolak mübarizə aparacaqlar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 332 dəfə oxundu.