Şahmatçılarımız “Masters” turnirində çıxışlarını davam etdirirlər
Azərbaycan şahmatçıları ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən “Masters” turnirində iştirak edirlər.

Yarışda ölkəmizi təmsil edən Şahəli İsmayılov üç turun nəticəsinə görə liderdən cəmi yarım xal geri qalır (2,5 xal). Digər şahmatçımız Alperi Kanlı isə bir xal toplayıb. Turnirdə 24-ü qrossmeyster olmaqla, 150-dən çox şahmatçı mübarizə aparır.

Yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 305 dəfə oxundu.