"Qarabağ" klubu UEFA-nın reytinqində 59-cu pillədə qərarlaşıb
Avrokubokların qrup mərhələsinin beşinci turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

İlk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb. UEFA Konfrans Liqasında Kipr “Omoniya”sı ilə Bakıdakı 2:2 hesablı heç-heçə edən “Qarabağ” 25 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Başakşəhər”lə eyni göstəriciyə malikdir.

Azərbaycanın digər təmsilçilərindən “Neftçi” 7 xalla 162-ci pilləyə şərikdir. “Keşlə” 4. xalla 285-ci pilləni bölüşür. “Qəbələ” 3,5 xalla 301-ci pilləyə şərikdir. 3,4 xalı olan “Sumqayıt”, “Səbail” və “Zirə” isə 307-cidir.

Cədvələ 131 xala malik “Bayern” (Almaniya) başçılıq edir. 124 xalı olan “Mançester Siti” (İngiltərə) ikinci, 120 xalı olan “Liverpul” isə üçüncüdür.

Xəbər 300 dəfə oxundu.