Azərbaycanın Tokio Olimpiya və Paralimpiya oyunlarında iştirakının yekunları müzakirə edilib
Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib.

Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda Azərbaycanın milli Olimpiya və Paralimpiya komandalarının Yaponiyanın Tokio şəhərində keçirilmiş XXXII Yay Olimpiya Oyunlarında və XVI Yay Paralimpiya Oyunlarında iştiraklarının yekunları müzakirə edilib.

Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına hazırlığı və iştirakı, kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov isə Azərbaycan milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına hazırlığı və iştirakı barədə hesabat məruzələri ilə çıxış ediblər.

Hər iki hesabat məruzəsi dinlənildikdən sonra hazırlıq prosesində buraxılmış səhvlər müzakirə edilib. Yol verilmiş nöqsanların aradan qaldırılması və növbəti Olimpiya Oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə idman şöbəsinə bir sıra tapşırıqlar verilib.

Xəbər 710 dəfə oxundu.