UEFA Konfrans Liqası: Bakıda vurulan qol həftənin ən yaxşısı adına namizədlər sırasında yer alıb | |
UEFA Konfrans Liqasında qrup mərhələsinin beşinci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb. Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edən Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin də uzaq məsafədən dəqiq zərbəsi namizədlər siyahısında göstərilib. Otuz altı yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb. İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovadır ("Bazel", İsveçrə). Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra müəyyənləşəcək. |
|
Xəbər 519 dəfə oxundu. |
|
|