Kişilər arasında ikili minibatut yarışlarında Rusiya gimnastları fərqləniblər
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında kişilər arasında ikili minibatut yarışlarında Rusiya gimnastları fərqləniblər.

17-21 yaş kateqoriyasında kişilərin yarışında Eqor Qluşenko 75,700 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İvan Akimtsev 73,200 xalla yarışı ikinci, Anton Litvin 71,900 xalla üçüncü pillədə başa vurub.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 352 dəfə oxundu.