Tərlan Əhmədov: Onlar özlərini doğrultdular”
“Çempionlar Liqasında “Hapoel”ə, Premyer Liqada “Qarabağ”a ardıcıl məğlub olduqdan sonra qələbə qazanmaq bizim üçün çox vacib idi. Ötən tur süni örtüklü meydançada oynadığımız üçün futbolçular hələ də özlərinə gələ bilməyiblər”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan Premyer Liqasının dünən keçirilmiş “Neftçi”-“Qəbələ” matçından sonra “Neftçi”nin 2-ci məşqçisi Tərlan Əhmədov deyib.

Gənc calışdırıcı rəqibin oyununu yaxından analiz etdiklərinidə bildirib: “Qəbələ”nin“İnter”lə oyununu izləmişdik. Rəqibin yarımmüdafiə və hücum xətti bizi narahat edirdi. “Qəbələ” ilk hissədə bizə problem yaratsa da, ikinci hissədə vurduğumuz qollarla qələbə qazandıq. Bu gün Rəşad Sadiqov və Vobaya istirahət vermişdim. Onlar da ikinci hissədə meydana daxil olub özlərini doğrultdular”.

Xəbər 1477 dəfə oxundu.