Oğlanların tamblinq yarışlarının finalında Rusiya, Böyük Britaniya, Danimarka və Fransa gimnastları yarışacaqlar
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 15-16 yaş qrupunda oğlanlar arasında tamblinq yarışının finalçıları müəyyənləşib.

Finalda Rusiya təmsilçiləri Dmitriy Şatalov, Sergey Finiçenko, Fransa idmançıları Aksel Duriez, Hippolite Herque, britaniyalı Fred Tque, Ceyk Perri və Danimarka gimnastları Jeppe Mikkelsen və Frederik Skaaning mübarizə aparacaqlar.

Azərbaycan gimnastlarından Bilal Qurbanov 12-ci, Hüseyn Əsədullayev 21-ci, Adil Hacızadə 23-cü və Elnur Məmmədov isə 30-cü olublar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 283 dəfə oxundu.