Batut gimnastikası yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub
Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.

Turnirdə 13-14 yaş kateqoriyasında batut gimnastikası yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub.

Medallar uğrunda italiyalı Silvia Koluzzi, Rusiya təmsilçiləri Sofiya Aliaeva, Nadejda Çernişeva, almaniyalı Maya Moeller, ABŞ gimnastları Aleksandra Mitnik, Ava Dehanes, yaponiyalı YuKa Tsuzuku və Sakura Hadevara mübarizə aparacaqlar.

Azərbaycan təmsilçisi Şəfiqə Hümbətova yarışı 32-ci pillədə başa vurub.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 324 dəfə oxundu.