Dünya yaş qrupları yarışlarında oğlanlar arasında ikili mini-batut üzrə təsnifat mərhələsinə yekun vurulub
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 17-21 yaş qrupunda oğlanlar arasında ikili mini-batut üzrə təsnifat mərhələsinə yekun vurulub.

Həlledici mərhələyə 4 Rusiya təmsilçisi - Vadim Alisov, İvan Akimtsev, Eqor Qluşenko və Anton Litvin vəsiqə qazanıb. ABŞ idmançıları Hunter Moravec, Veston Sitz, Böyük Britaniya gimnastları Harrison Qrin və Cek Nyumen də medallar uğrunda mübarizə aparacaqlar.

Turnirdə 17-21 yaş qrupunda oğlanlar arasında ikili mini-batut üzrə final yarışları bu gün təşkil olunacaq.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 498 dəfə oxundu.