Qızlar arasında tamblinq yarışlarının finalçıları müəyyənləşib
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 15-16 yaş qrupunda qızlar arasında tamblinq yarışlarının finalçıları müəyyənləşib.

Təsnifat mərhələsində uğurla çıxış edən britaniyalı Naana Oppon, Komfort Yites, ABŞ təmsilçiləri Anastasiya Katçalova, Rosalie Tonfay, Jill Papenhaus, Rusiya gimnastı Arina Kaliandra, belçikalı Sara Neyrinck və Fransa idmançısı Yanna Çomilier həlledici mərhələyə adlayıblar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 299 dəfə oxundu.