Ağdamın işğaldan azad olunmasının ildönümü münasibətilə “Qarabağ” komandasının üzvləri ilə görüş keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Ağdam rayonunun işğaldan azad olunmasının birinci ildönümü və “Qarabağ” futbol klubunun Konfrans Liqasında əldə etdiyi uğurlara həsr edilmiş toplantı keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Qarabağ” futbol klubunun direktoru Emrah Çelikel, komandanın baş məşqçisi Qurban Qurbanov, “İdman Azərbaycan” Televiziyasının sədr müavini Rövşən Binnətli, “Supersport” saytının baş redaktoru Anar Cəfərsoy, “İmarət”, “Qarabağ Ordu”, “Leydis of Qarabağ” fan-klubunun üzvləri iştirak ediblər.

R.Abbasov tədbirdə çıxış edərək “Qarabağ” klubunun UEFA Konfrans Liqasındakı uğurlu çıxışının Vətən müharibəsində Qələbənin və əzəli torpaqlarımızın, o cümlədən Ağdamın otuz illik işğaldan sonra azad olunmasının birinci ildönümünə təsadüf etdiyini vurğulayıb.

Sonra “Qarabağ” klubunun uğurlu çıxışının təbliğində fəallığı ilə seçilən media nümayəndələri, habelə azarkeşlər mükafatlandırılıblar.

Xəbər 276 dəfə oxundu.