“Neftçi” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib
Noyabrın 24-də “Neftçi” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Onlayn şəkildə təşkil olunan iclasda komandanın son nəticələri və baş məşqçi Samir Abasovla hazırkı durum müzakirə edilib.

Sonra Müşahidə Şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda baş məşqçiyə dəstək verən üzvlər Samir Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

Xəbər 329 dəfə oxundu.